“Türkologiya” jurnalının 2018-ci il üçün 2-ci sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 2-ci sayı işıq üzü görüb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun MANERA.AZ-a verdiyi məlumata görə, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir, Monqolustan alimlərinin məqalələri yer alıb.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və Etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın 2018-ci il növbəti sayları üçün məqalə qəbulu davam edir.