manera.az
manera.az

“Türkologiya” jurnalının 2018-ci il üçün 1-ci sayı

📅 14.03.2018 13:08

“Türkologiya” jurnalının 2018-ci il üçün 1-ci sayı
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 1-ci sayı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, ABŞ, Qırğızıstan, Türkiyə, Rusiya, Macarıstan, Litva, Özbəkistan alimlərinin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Klassik İrs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Tarix və etnoqrafiya”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə (mart, iyun, sentyabr, dekabr aylarında), nəşr olunur. Jurnalın 2018-ci il növbəti sayları üçün məqalə qəbulu davam edir.


Baxış sayı - 1 353 | Yüklənmə tarixi: 14.03.2018 13:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930