manera.az
manera.az

Mərkəzi Elmi kitabxanası Milli Mətbuat Gününə hazırlaşır

📅 16.07.2018 09:06

 Mərkəzi Elmi kitabxanası Milli Mətbuat Gününə hazırlaşır

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) iyulun 18-də “Milli Mətbuat Günü”nə həsr olunmuş “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirəcək.

Bu barədə AMEA MEK-dən məlumat verilib. Tədbirdə MEK-in kitabxana-xidmət, Sərbəst Elektron Resurslar, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, İnnovativ layihələr, Proqramçılar şöbələrinin mövzu üzrə əlaqələndirilmiş fəaliyyəti təqdim olunacaq. KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak edəcəyi tədbirdə MEK-in innovativ fəaliyyətini obyektiv əks etdirmiş media qurumları (televiziya, radio, qəzet və jurnal, sayt, veb-səhifə, sosial şəbəkələr) və jurnalistlər ictimaiyyətə təqdim olunacaq.


Baxış sayı - 1 493 | Yüklənmə tarixi: 16.07.2018 09:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930