manera.az
manera.az

Yeni mədəniyyət portalı fəaliyyətə başlayıb

📅 28.06.2018 16:07

Yeni mədəniyyət portalı fəaliyyətə başlayıb
İyunun 25-dən ölkədə yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

MANERA.AZ xəbər verir ki, "Nargin – Sənət adası” adı ilə işə başlayan portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək

İstedadlı gənclərin birgə səyi nəticəsində yaradılan sayt dünya və Azərbaycanda ərsəyə gələn sənət nümunələrini sərgiləyəcək, eyni zamanda ölkənin mədəniyyət gündəmini dəyərli nöqtələrə daşımağa çalışacaq.

Yaradıcı heyət portalın ad seçimində "Nargin.Az”a üstünlük verilməsini bu adada dəfn edilən mədəniyyət, qırılan ədəbi ənənə ilə əlaqələndirir. Saytın adında həmçinin cəmiyyətdə azlıq təşkil edən sənətsevərlərin ada təəssüratı yaratması da simvollaşdırılıb.

Nargin.Az-ın uğurları üçün istedadlı gənc yazar və jurnalistlərdən ibarət yaradıcı komanda çalışacaq. Saytın baş redaktoru Sərdar Amindir.


Baxış sayı - 1 360 | Yüklənmə tarixi: 28.06.2018 16:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031