manera.az
manera.az

Bilik Fondu Milli Qurtuluş Gününə mühazirə həsr etdi

Bilik Fondu  Milli Qurtuluş Gününə mühazirə həsr etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bölgələrdə “Heydər Əliyev obrazı Azərbaycan mətbuatında” mövzusunda mühazirə təşkil edib.

Şəki Texniki Kollecdə baş tutan növbəti tədbirdə kollecin direktoru Oxşar Şəbiyev Bilik Fondunun lektorunu salamlayıb kollec haqqında məlumat verib.

Fondun lektoru, yazıçı-jurnalist Şəhla Aslan kollecin direktoruna təşkilatçılığa görə minnətdarlıq edərək, Bilik Fondunun fəaliyyəti haqda iştirakçıları məlumatlandırıb. Sonra “Heydər Əliyev obrazı Azərbaycan mətbuatında” mövzusunda geniş mühazirə oxuyub.

Bilik Fondu  Milli Qurtuluş Gününə mühazirə həsr etdi

Mühazirədə qeyd olunub ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Heydər Əliyevin ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Onun adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilmişdir. Hələ sağlığında əfsanələşmiş böyük rəhbərin həyat və fəaliyyəti doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət meyarı olan Heydər Əliyev obrazı tədqiqatçılar tərəfindən araşdırılır, haqqında kitablar yazılır.

Mühazirə müəllim və tələbə heyyəti tərəfindən maraqla qarşılanıb, diskussiya formasında davam edib.

Sonda təkliflər səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI