“İlboyu bilik” bölgələrdə... - MANERA.AZ
![]()
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir
Bu il də Bilik Günündə Fondun “İlboyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib.
Ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, media mənsubları məktəblilər və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.
“Heydər Əliyev və Azərbaycan” mövzusunda Yardımlı rayon Anzov kənd orta məktəbində mühazirə oxuyan Manera.az-ın baş redaktoru Şəhla Aslan təəssüratlarını bizimlə bölüşdü:
- Məktəbin müəllim heyyəti, valideynlər və şagirdlərin iştirak etdiyi tədbirdə öncə Bilik Fondunun fəaliyyətindən, həyata keçirdiyi maraqlı layihələrdən danışdıq. Sonra Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə, tariximizə göstərdiyi diqqət və qayğını əks etdirən film nümayiş olundu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın şanlı tarixindəki misilsiz xidmətlərindən bəhs etdik. Auditoriyadakı şagirdlərin aktivliyi, mövzuyla bağlı sualları mühazirəni daha da maraqlı etdi.
Sonda şagirdlərin və müəllimlərin Bilik Fonduna dair təklifləri dinlənildi. Məktəb rəhbərliyinə Fond adından H. Əliyevin fəaliyyətindən bəhs edən çap materialları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab təqdim olundu.
Qeyd edək ki, Bilik Fondu ötən il Bilik Günündə 158 orta və ali məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə təşkil edib.
Elman,
MANERA.AZ![]()
![]()
![]()
![]()