manera.az
manera.az

Rəşid Behbudov haqqında sənədli film

Rəşid Behbudov haqqında sənədli film
Mayın 4-də Nizami Kino Mərkəzində SSRİ Xalq Artisti, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı olub.

MANER.AZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açıb. “Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Dünyada ikinci belə səs olmayıb. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq rəğbəti qazandırdı. O, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti fondunu zənginləşdirdi, Mahnı Teatrının əsasını qoydu, vətənin hüdudlarından uzaqlarda musiqimizi təbliğ etdi. Rəşid Behbudovun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var”, - deyə Z.Qafarova qeyd edib.

Rəşid Behbudovun qızı, Əməkdar Artist Rəşidə Behbudova “Nəğmə dolu bir ürəyəm” filminə görə Mədəniyyət Nazirliyinə və “Salnaməfilm” kinostudiyasına minnətdarlığını bildirib, onun xatirəsinin əbədi yaşayacağını deyib.

Rejissor Rauf Məmmədov diqqətə çatdırıb ki, filmin çəkilişi prosesində dahi müğənninin yaradıcılığına daha çox nüfuz edib. “Rəşid Behbudov ölümsüzdür, milyonlarla insan onun istedadının pərəstişkarı olub və bu gün də belədir. Bu filmin rejissoru olmaq mənim üçün böyük şərəfdir”, - deyə R.Məmmədov vurğulayıb.

Sonda görkəmli müğənninin həyat və yaradıcılığından bəhs edən sənədli filmin nümayişi olub.

Rəşid Behbudov haqqında sənədli film
Rəşid Behbudov haqqında sənədli filmБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031