manera.az
manera.az

Kino İnkişaf Mərkəzi yaradılıb

📅 30.04.2018 21:26

Kino İnkişaf Mərkəzi yaradılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb.

MANERA.AZ xəbər verir ki, yeni yaranan qurum Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.

Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həm də bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.


Baxış sayı - 1 331 | Yüklənmə tarixi: 30.04.2018 21:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930