manera.az
manera.az

Kitab flaşmobu keçiriləcək | MANERA.AZ

📅 25.07.2015 00:11

Kitab flaşmobu keçiriləcək | MANERA.AZ
/manera.az
Diqqət! Diqqət! Diqqət!

Kitabsevərlərin nəzərinə!


1 avqust saat 17:00 tarixində gənclərdən ibarət kitab flaşmobu keçiriləcək.

Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda kitaba qayğını artırmaq, kitaba sevgi aşılamaq, diqqəti kitab oxumaya yönəltməkdir.

Flaşmobda insanların intellektual inkişafında kitabın müsbət rol oynadığı müxtəlif hərəkətlərlə nümayiş olunacaq.

Qeyd edək ki, kitab flaşmobunun layihə rəhbəri gənc yazar Dəniz Pənah, təşkilati dəstək manera.az saytıdır.

Flaşmobla bağlı manera.az-a açıqlama verən Dəniz Pənah bildirib ki, əgər bu gün biz inkişafdan, tərəqqidən danışırıqsa, o zaman öncə kitaba olan diqqəti artırmalıyıq. Bilirik ki, bu sarıdan vəziyyət ürəkaçan deyil. Gənclərdə kitaba marağı artırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Düşünürəm ki, azərbaycanda az-az keçirilən belə bu maraqlı aksiya kitaba diqqətin, qayğının artırılması yönündə faydalı addım olacaq.

Xatırladaq ki, kütləvi flaşmobda yer almaq istəyənlər 1 avqust saat 17:00 tarixində, kitablarıyla bərabər Flarmonia bağına (İçərişəhər metrosunun yaxınlığı) gələ bilərlər.


Manera.az


Baxış sayı - 2 270 | Yüklənmə tarixi: 25.07.2015 00:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031