manera.az
manera.az

"Mahmud və Məryəm" romanı Almaniyada nəşr edilib

📅 30.03.2018 15:20

"Mahmud və Məryəm" romanı Almaniyada nəşr edilib
Xalq Yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı bir çox xarici dillərdə nəşr edilib, ekranlaşdırılıb və müxtəlif teatrlarda dəfələrlə səhnələşdirilib.

MANERA.AZ xəbər verir ki, bu günlərdə Berlinin nüfuzlu “E Vintervork” nəşriyyatı “Mahmud və Məryəm” romanını alman dilində nəfis şəkildə nəşr edib.

Qeyd etmək lazımdır ki, son illərdə Elçinin yaradıcılığı Almaniyada xüsusi maraq doğurub. “Mahmud və Məryəm”dən başqa, ədibin “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda işıq üzü görüb.

“Mahmud və Məryəm”in yeni nəşri həmin romanın Almaniyada üçüncü nəşri, ümumilikdə isə Xalq Yazıçısının bu ölkədə çapdan çıxmış beşinci kitabıdır.


Baxış sayı - 2 512 | Yüklənmə tarixi: 30.03.2018 15:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031