manera.az
manera.az

Xalq rəssamıyla görüş olacaq

📅 07.03.2018 11:11

Xalq rəssamıyla görüş olacaq
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq rəssamı Arif Hüseynovla görüş keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tanınmış fırça ustası ilə “Musiqi. Təsviri incəsənət. Bahar” mövzusunda görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyində martın 7-də təşkil olunacaq.

Arif Hüseynov - Xalq rəssamı, professor, tanınmış rəssam-miniatürçü, rəssam-qrafik və ədəbi əsərlərin illüstratorudur. Onun yaradıcılığı təkcə doğma ölkəsində deyil, xaricdə də tanınır. Arif Hüseynov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Onun Bakı, İstanbul, Moskva, Praqa və Tokioda fərdi sərgiləri keçirilib.

Ustadın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, Moskvada Şərq Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.


Baxış sayı - 916 | Yüklənmə tarixi: 07.03.2018 11:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031