manera.az
manera.az

Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş

📅 22.10.2017 23:00

Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş
Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi davam edir.

MANERA.AZ xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Karusel salonunda azərbaycanlı rəssamlarla görüşüb, onların pavilyonlarına baş çəkib, sərgilənən əsərlərə baxıb.

Görüşdə diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətinə toxunub, bu cür tədbirlərin mədəniyyətimizin, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.

Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamların cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.

Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş


Baxış sayı - 1 184 | Yüklənmə tarixi: 22.10.2017 23:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930