manera.az
manera.az

Həyat sənin üçün çox çətin olacaq!-Layihə

📅 19.02.2018 16:51

Həyat sənin üçün çox çətin olacaq!-Layihə


Manera.az- "Yeddilik" layihəsində yeddi suala müxtəlif cavablar verilir. Bu layihədə qısa sual və cavablar verilməklə, tanınan insanların dünyagörüşlərinə, həyata baxışlarına şahid olacağıq. Müsahibim şair Murad Köhnəqaladı.

- Niyə Yer “kürə” formasındadır?

- Kosmik harmoniya Səudiyyə müftilərinin acığına belə düzəldib.

- Adam olmaq çətindi, ya insan?

- Adam olmaq üçün mütləq insan olmaq lazımdı.

- Başqa planetlərdə həyat varmı?

- Belə qlobal suallarla ilgilənmək yaraşmaz şah nəslimizə. Biz hələ ki, qonşumuzun yeməyə çörəyinin olub-olmadığı ilə maraqlanmalıyıq.

- Ən böyük cinayət nədir?

- Düşünürəm, heç kimə başqasını həyatdan məhrum eləmək haqqı verilməyib. Ən böyük cinayət qətldi, yəni.

- Bağışlamaq yoxsa unutmaq?

- Bacarsan, bağışlayıb unut...

- Unutmadığınız söz...

-Gənclik vaxtlarımda bir dəfə məşhur tərcüməçi Natiq Səfərov üzümə zəndlə baxıb mənə belə dedi: “Həyat sənin üçün çox çətin olacaq!” Heç unutmadım. Düz deyirmiş.

- Özünüzə sualınız....

- Key şux, nədir bu göftgulər?

Tural Cəfərli
Manera.az


Baxış sayı - 2 942 | Yüklənmə tarixi: 19.02.2018 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031