manera.az
manera.az

Türküstanda uşaq xeyriyyə festivalı

Türküstanda uşaq xeyriyyə festivalı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.

Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını Azərbaycan ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edib.

Tədbirin açılışında iştirakçılar Azərbaycan tərəfinin bu təşəbbüsünü və dəstəyini alqışlayaraq, yüksək qiymətləndiriblər.

Xeyriyyə Festivalını giriş sözü ilə açan Daşkənd şəhər hakimiyyətinin köməkçisi Omon Topilov ənənəvi olaraq hər ilin sonunda Daşkənddə internat evləri üçün keçirilən xeyriyyə festivalının təşkilatçılıq edən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyini yüksək qiymətləndirib, təşəbbüsü əsl dost qayğısı və dəstəyi adlandırıb. O, balaca istedadların üzə çıxarılması, onların Özbəkistanın aparıcı səhnəsində konsertlərinin təşkili, habelə uşaq evlərinin hər il vacib ehtiyaclarının ödənilməsini əvəzsiz bir iş olduğunu qeyd edib və Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların rolunu qeyd edib. O, çıxışında Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında, onun dostluq əlaqələrimizin inkişafında xidmətini vurğulayıb.
Türküstanda uşaq xeyriyyə festivalı
Daha sonra Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert təqdim olundu. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və kiçikyaşlı oğlanlardan ibarət rəqs qrupları milli rəqslərimizi ifa ediblər.

Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra Özbək, Azərbaycan və dünya musiqilərini və rəqslərini ifa ediblər.

Qeyd edək ki, çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb və təşəbbüs şəhər hakimiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031