manera.az
manera.az

Təhsil İnstitutu Molla Pənah Vaqifi yad edib

Təhsil İnstitutu Molla Pənah Vaqifi yad edib
Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutunda XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı konfrans keçirilib.

MANERA.AZ xəbər verir ki, konfransda Təhsil İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də Azərbaycan Pedaqoji Universitetinin nümayəndələri iştirak ebiblər.
Təhsil İnstitutu Molla Pənah Vaqifi yad edib
Konfransı giriş sözü ilə İnstitutunun Elmi-Pedaqoji Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı açıb. O, Prezident İlham Əliyevin M.P.Vaqifin 300 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi haqqında sərəncamı diqqətə çatdıraraq, şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

Daha sonra pedaqojika üzrə fəlsəfə doktoru, dosent Asya Bəkirova, pedaqojika elmləri doktoru, professor İntiqam Cəbrayılov, pedaqojika üzrə fəlsəfə doktoru, dosent Bibixanım İbadova M.P.Vaqifin həyat və yaradıcılığına dair geniş məruzələrlə çıxış ediblər.
Təhsil İnstitutu Molla Pənah Vaqifi yad edib
İnstitutun əməkdaşlarından pedaqojika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev də şairin yaradıcılığından nümunələr gətirərək, Azərbaycan ədəbi dilinin inkişafında xüsusi yeri və rolunu olduğunu vurğulayıb. İntitutun Kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Adilə Nəzərova şairin qəzəllərindən nümunələr və özünün şairə ithaf etdiyi şeirini səsləndirib.
Təhsil İnstitutu Molla Pənah Vaqifi yad edib
Sonra Təhsil İnstitutunun direktor müavinləri, pedaqojika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov və Rəfiq Qəndilov çıxış edərək, M.P.Vaqifin bir siyasi xadim kimi Qarabağa, ümumiyyətlə Azərbaycana xidmətindən danışıblar.

Konfransın sonunda çıxışçılardan pedaqojika elmləri doktoru, professor Vidadi Xəlilov şairin qoşmalarından danışmış, əsərlərinə bəstələnən - qızıl fondda saxlanılan mahnılardan səsyazıları nümayış etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31