manera.az
manera.az

Unudulmaz opera ifaçısının xatirəsi anılacaq

📅 09.10.2017 20:45

Unudulmaz opera ifaçısının xatirəsi anılacaq
Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının təşkilatçılığı ilə unudulmaz opera ifaçısı Adil Məlikova həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, gecədə Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Fərid Əliyev, Anton Ferştandt, vokalçılar Nina Makarova və Taleh Yəhyayev çıxış edəcəklər.

Həmçinin sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, həyat və yaradıcılığına nəzər salınacaq.


Baxış sayı - 1 183 | Yüklənmə tarixi: 09.10.2017 20:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930