manera.az
manera.az

“YUĞ” Teatrı “Quş dili”ndə danışdı

📅 07.12.2017 23:39

“YUĞ” Teatrı “Quş dili”ndə danışdı
Dekabrın 7-də "YUĞ" Dövlət Teatrında 29-cu mövsümdə "Quş dili" adlı yeni tamaşanın premyerası keçirildi.

MANERA.AZ xəbər verir ki, tamaşa yazıçı Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin rejissorluğunda hazırlanıb.Rejissorun sözlərinə görə onu belə bir səhnə əsəri hazırlamağa sövq edən yazıçının dünyaya, ətrafımızda baş verənlərə olduqca fərqli baxışı olub.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir - Əzrayılın gəlişi həmişə hadisədir... Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisiylə sınanacaq...
“YUĞ” Teatrı “Quş dili”ndə danışdı
"Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir... Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisi ilə sınanacaq.

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

"İnsanın ən böyük təlaşı - itirmək qorxusudur. Bəzən insan içini gəmirən vahimədən xilas olmaq, tapındığı Allahdan, yaşadığı həyatdan nə istədiyini anlamaz. Həyatın ən vacib məqsədi - düzgün olan yolu tapmaqdır. Əhdə sadiq qalmağın yeganə yolu - arif olmaqdır! Yol boyu sayrışan işarələri oxumaq - cəsarət, səmimiyyət, həssaslıq istər. İşarələrin də dili var".

Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.


Baxış sayı - 1 671 | Yüklənmə tarixi: 07.12.2017 23:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031