manera.az
manera.az

Yunanıstan səfirinin rəsm əsərləri sərgilənəcək

📅 02.12.2017 19:30

Yunanıstan səfirinin rəsm əsərləri sərgilənəcək
Dekabrın 2-dən 7-dək Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, "United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Yunanıstan mədəniyyəti günləri keçiriləcək.

MANERA.AZ tədbirin rəsmi səhifəsinə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd paytaxt sakinlərini və qonaqları Yunanıstanın qonaqpərvərliyi və mədəniyyəti ilə tanış etməkdir.

Tədbir çərçivəsində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə Bakıda rəsm əsərləri sərgisi təşkil olunacaq.

Bu rəsm əsərlərinin hər birində səfir öz yunan ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirir.

Mədəniyyət günlərində, həmçinin yunan filmləri nümayiş olunacaq.


Baxış sayı - 1 344 | Yüklənmə tarixi: 02.12.2017 19:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31