manera.az
manera.az

150 rəssamın əsərləri sərgilənəcək

📅 13.11.2017 11:06

150 rəssamın əsərləri sərgilənəcək
Noyabrın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "Azərbaycanım” adlı rəsm sərgisi açılacaq.

Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunacaq sərgi 17 noyabr - Milli Dirçəliş Gününə həsr ediləcək.

MANERA.AZ xəbər verir ki, sərginin təşkilatçısı Aygün İsgəndərovadır. Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq.

Ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış olacaqlar.


Baxış sayı - 1 364 | Yüklənmə tarixi: 13.11.2017 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031