manera.az
manera.az

Tofiq Quliyevin mahnıları səslənəcək

📅 21.11.2017 18:15

Tofiq Quliyevin mahnıları səslənəcək
Noyabrın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Bu barədə MANERA.AZ-a muzeyin şöbə müdiri Xanım Abdinova məlumat verib: “Unudulmaz bəstəkara həsr edilən bu tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil ediləcək. Tədbirdə muzeyin arxiv materialları əsasında sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunacaq, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən bəstəkarın mahnıları ifa ediləcək”.


Baxış sayı - 1 479 | Yüklənmə tarixi: 21.11.2017 18:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930