manera.az
manera.az

“Xalqımdan üzr istəyirəm” – Əziz Musa | MANERA.AZ

📅 03.07.2015 15:15


“Xalqımdan üzr  istəyirəm” – Əziz Musa  | MANERA.AZ
Manera.az
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Space" TV-nin "Günaydın" verilişində şair Əziz Musa ilə müğənni Mətanət Əsədova arasında baş verən xoşagəlməz olay mediada geniş ajotaj yaradıb.

Məsələ ilə bağlı manera.az-a açıqlama verən şair Əziz Musa baş verən hadisəyə görə təəssüfləndiyini bildirərək qeyd edib ki, bizim alimlərin, yazıçıların şairlərin də sözlərini deməyə məkan – TV verilişləri olmalıdır. Mən tövsiyə edirəm ki, verilişlərdə insanların əsəbləri ilə oynamasınlar. Biz ziyalılar da yayımlanan verilişlər səviyyəli olsun istəyirik. Həmin gün verilişi elə yönə istiqamətləndirdilər ki, istəməsəm də nəlayiq söz işlətməyə məcbur oldum. Buna görə bir ziyalı olaraq çox təəssüf edirəm.

Verilişdə kimlərin olacağı barədə əvvəlcədən xəbərsiz olduğunu deyən Əziz Musa bildirir ki, həmin gün mən TV-yə çatanda aparıcı mənə dedi ki, burada qonaqlar müğənnilərdir, siz də alim olaraq efirlərdə açıq-saçıq geyimlərə qarşı çıxmalı, onları fikirlərinizlə sıxışdırmalısız. Mən Mətanət xanımı verilişdən qabaq görməmişdim, əvvəlcədən tanımırdım, şəxsi düşmənçiliyim də yoxdur ki, onu təhqir edim.

“Sözü gedən verilişin məhz o şəkildə efirə getməyinin günahkarı isə birbaşa Tv rəhbərliyidir. Çünki veriliş canlı deyildi və sabah həmin verilişi başqa biri ilə əvəz etmək çətin olmazdı. Görünür, bu məqsədli şəkildə təşkil olunmuşdu - Azərbaycan aliminin adına ləkə gətirmək! Belə zəruri ehtiyac idimi, məhz belə formada təşkil olunmuş veriliş efirə getsin?

Həmin gün TV-dən çıxanda düşündüm ki, veriliş yəqin ki, efirə getməyəcək. Çünki orada baş verənlər xalqa təqdim ediləcək səviyyədə deyildi. Verilişdə Mətanət Əsədova mənə doğru yürüdü, mikrafonu əlimdən aldı. Mikrafon qırıldı. TV əməkdaşları məni bayıra çıxardıb, qapını bağladılar. Daha sonra heç nədən xəbərim olmadı. Sonra yayılan videolara da baxmamışam.

Hazırda müğənnilər tərəfindən mənə zənglər gəlir: “Sən kimsən efirə çıxırsan və bizi təhqir edirsən” kimi fikirlər səsləndirib, mənə hədə-qorxu gəlirlər.
Hesab edirəm ki, bu olay kiminsə tərəfindən təşkil olunub və bu biabrçı durumun yaranmasında, gündəmdə qalmasında maraqlı şəxslər var.
Göhnə məsələri araşdırmaq mənasızdır. Bu günkü məsələyə görə insanın keçdiyi həyat yolunu araşdırmağa nə gərək var?

Bu gün radioda veriliş gedib, köhnə hadisələrdən danışılıb. Saytlar həqiqətə uyğun olmayan məlumatlar yayımlayırlar. Bildirirəm ki, bu məni çox narahat edir. Səhhətimdə problemlər yaranıb. Ailəmin adından məlumatlar verilir. Yoldaşım heç bir sayta intervu verməyib. Belə məsələlərdə ailəni bu işə qatmaq haqsızlıqdı. İş idi oldu, keçdi. Yaşanan xoşagəlməz olaya görə xalqımdan üzr istəyirəm. Və şəxsi həyatımla bağlı yayılan iyrənc məlumatlara və məsələnin bu qədər şişirdilməsinə etiraz edirəm”- deyə o sözlərinə əlavə edib.

Sonda o manera.az vasitəsi ilə jurnalistlərə səslənib: - Həmkarlarınızdan xahiş edirəm ki, insanların şəxsi həyatları haqqında informasiya hazırlayarkən çox ehtiyatlı davransınlar.

Şəhla
Manera.az


Baxış sayı - 4 039 | Yüklənmə tarixi: 03.07.2015 15:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031