manera.az
manera.az

Məni ovcunda gizlət..- Yeni imza

Məni ovcunda gizlət..- Yeni imza
Manera.az yeni imza Fəridə İlk Canın şeirlərini təqdim edir:

Fəridə Ağayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “ İqtisadiyyatın Hüquqi tənzimlənməsi” fakultəsinin məzunudur. Fəridə İlk Can imzası ilə şeirlər yazır.

Bir şəhər tap

Bir şəhər tap..
Gözdən uzaq...
Hər günümü sən oğurla,
Ya satın al həyatımı bir dükandan,
Yoxsa gəlib birgecəlik
Sevmədiyim biriləri götürərlər kirayəyə,
Yaşayarlar ürəyimdə
Mən olmadan...Sən olmadan...
Hər ay sonu dağıdarlar ümidimi,
sonra tərk edib gedərlər
Uçuq- sökük bir ev kimi...

Bir şəhər tap
Gözdən uzaq...
səbəblərim heç olmasın
qaçmaq üçün..
neçə ildir gizlətdiyim sirlərimi
açmaq üçün
Bir şəhər tap
Gözdən uzaq...
Orda küləklər əsməsin
saçlarıma düzən verib görüşünə gələn vaxtı
pozmasın meh tellərimin sırasını...
Axı onlar neçə ildir gözləyirlər,
əllərinin sığalını...
Bu halımı soruşmaqçün kimsələrin olmadığı
Bir şəhər tap
Gözdən uzaq..
Tərkedilmiş arzuların ünvanına apar məni
Toz basıb bax!
O gənc oğlan o şıltaq qiz..
Necə ağılsız olduq..Ax!..
Bir şəhər tap
Gözdən uzaq....

Bir şəhər tap
Gözdənuzaq...
Sükut qoxsun küçələri,
əlimdən tut gecələri,
Tapılmasın biriləri,
ki,nəzərin salsın bizə..
Sual dolu,qınaq dolu baxışlarla,
süzməsinlər bizi gizlin
Rahat-rahat dolaşacaq bir park olsun
Birdə şirin bir pambiq al..
Uşaq təki dadım ondan,
Qaça- qaça keçib yoldan,
Sarmaşıq tək dolanım mən boğazına..
Səndə mənə bərk- bərk sarıl,
nəfəsimi tükət qorxma!
Neynəyirsən gülsatanı?
Güləvəzi məni qoxla..

Bir şəhər tap..
Gözdən uzaq,
Bİr şəhər tap...


"Sevgin "bir gün tükənər..

Bir gün...
küləklər istiqamət dəyişər,
dalğalar coşar aramızda
gəmilər çaşdırar yolun,
çarəsizcə dönər limanlara...
Qatarlar da reysdən çıxar,
məni səndən aparan vaqonlar
yenidən üz tutar
tək qalmış vağzallara...
Göyərçin azadlığı qoxlar
qorxmadan qanad çalar
səmalarda..
necəki azaddı ruhumuz
hər gecə
Gözübaglı yuxularda..
buludlar dağılar
mas mavi olar göy üzü
çətirlərə sığınmaz insanlar
günəşə qucaq açar yer üzü..
Körpə uşaqlar insafa tuş gələr,
doğulmaz yetimlər..
Hər bağçada bir fidan açar,
ümidsiz tavanlar altda
dağılmaz evlər..

5 il,10 il sonra..
üzülmərsən artıq yoxluğuma..
"bizim mahnilar"
xatırlatmaz məni..
gözlərin başqasının üzərinə çökər..
istəmədən kədər gətirdiyim o dodaqları
güldürər özgəsi
özgəsi öpər..

Bir gün..
dünyanın rənglərin yenidən kəşf edərsən
ayrılıq filmləri
unudulanları yada salmaz..
"Acı"deyə bir məhfumun tamına qəribsəyərsən..
sönər qəlbimin istisi bir başqasinin ocağında
daha əvvəlki tək canın yanmaz..
Məhz o gün
cox təəsüfki...
Sevgin tükənər,birdənəm..
Hecnə əbədi deyil
O da,
əbədi qalmaz...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031