manera.az
manera.az

"Günlərdən ŞEİR" layihəsinin qonağı Təbriz şairləri oldu

📅 20.10.2017 23:33

"Günlərdən ŞEİR" layihəsinin qonağı Təbriz şairləri oldu
Oktyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da "Günlərdən ŞEİR" adlı layihənin növbəti iştirakçıları ilə görüş keçirilib. Layihənin budəfəki qonaqları Təbriz şairləri - Fəranək Fərid, Sima Ciddi, Mina Zeynali, Zəhra Təhmasibzadə və AYB-in şöbə müdiri Sayman Aruz olub.

MANERA.AZ xəbər verir ki, layihə Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov və AYB-in mətbuat katibi, şair Xəyal Rza çıxış edərək Təbrizdən gələn şairlər haqda qısa məlumat verib, bu günlərdə keçirilən bütün mədəni tədbirlərdə onların da iştirak etdiyini vurğulayıblar.

The first” mükafatına layiq görülmüş “İpək” təxəllüsü ilə şeirlər yazan Fəranək Fərid ədəbiyyat nümayəndələrinə minnətdarlığını bildirib, şeirlərindən nümunələr səsləndirib. Sonra Səid Muğanlı, Səhər Bərani, Alma Muğanlı şeirlərini oxuyublar. Bədii qiraət ustası Zəhra Təhmasib Müjgan xanım və Mərziyə Əhmədinin yaradıcılığına məxsus şeirləri səsləndirib.


Baxış sayı - 1 659 | Yüklənmə tarixi: 20.10.2017 23:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930