manera.az
manera.az

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

📅 19.10.2017 12:54

Beynəlxalq poeziya festivalında  ölkəmiz də təmsil olunur
Oktyabrın 19-da Yakutiyada “Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb.

MANERA.AZ xəbər verir ki, festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı təmsil edir.

Festivala Sloveniyadan şair Andrey Xoçevar, Udmurtiyadan xalq şairi Vyaçeslav Ad-Sergi, Tatarıstandan şair Rifat Salah, Moskvadan şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, Anastasiya Yermakova (”Literaturnaya qazeta”nın əməkdaşı), İngiltərədən naşir Marat Əhmədcanov (Moskva),həmçinin yerli şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç və müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.

Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin “Canlı avtoqraf” mərasimi təşkil olunacaq.

Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.
Beynəlxalq poeziya festivalında  ölkəmiz də təmsil olunur
Beynəlxalq poeziya festivalında  ölkəmiz də təmsil olunur


Baxış sayı - 1 509 | Yüklənmə tarixi: 19.10.2017 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031