manera.az
manera.az

Hədiyyə Şəfaqət "Qapı"nı təqdim edəcək

📅 28.09.2017 13:16

Hədiyyə Şəfaqət "Qapı"nı təqdim edəcək

Oktyabrın 1-də saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində şair Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Manera.az-ın məlumatına görə, "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzulu 94 şeir daxil edilib.

Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular H.Şəfaqətlə müzakirə imkanı qazanacaq, əldə etdikləri kitabları imzalatdıra biləcəklər.

Qeyd edək ki, "Qapı" şairin ilk kitabıdır.

Məlumat üçün bildiririk ki, kitabın qiyməti 7 manatdır.

Ünvan: "BookZone" Kitab Evi. Bəxtiyar Vahabzadə küçəsi 5. "Elmlər Akademiyası" metrostansiyasının təzə çıxışı, Bakı Dövlət Universiteti ilə üzbəüz.

Məkanı tapa bilməyənlər 055 515 15 54 nömrəsinə zəng edə bilərlər../525.az/


Baxış sayı - 1 781 | Yüklənmə tarixi: 28.09.2017 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031