manera.az
manera.az

Ərzurumdan bir ər qopdu

📅 25.09.2017 18:29

Ərzurumdan bir ər qopdu

Bu gün dəyərli qardaşım, Can-Azərbaycanın sevincini sevinci, kədərini kədəri bilən, hər zaman, hər yerdə bütün Türk Cümuriyyətlərinə qarşı hücumlara sinəsini sipər edən, böyük TURAN sevdalısı, Türk dünyasında tanınmış iqtisadçı,EkoAvrasiya Yönetim Kurulu başkanı Hikmet Eren bəyəfəndinindoğum günüdür. Onu 44 yaşının tamam olması münasibətilə canı-dildən, sidq-ürəkdən təbrik edir, sevgi və sayğılarımı, ən xoş diləklərimi ismarlayır, adına ünvanladığım şeiri dostlarla paylaşıram!
İbrahim İLYASLI
25 Eylül. 2017.



***
Ərzurumdan bir ər qopdu,
Soyuna Ərən dedilər.
Külli-Türküstanı görər
Boyunu görən dedilər.

Gültəkində nə sirr vardı
Köksünə sıxıb gəlmişdi.
Bilqamısı sətir-sətir
Ovcuna yığıb gəlmişdi.

Xan Tenqrinin duruşundan
Duruşuna pay düşmüşdü.
Qismətinə Xaqanından
Gərili bir yay düşmüşdü.

Qəlbi Ötükəndə atar,
Gözü-könlü Hunqaryada.
Bir əli kıpçak çölündə,
Bir əli Qara dəryada.

Xoş halıma, tale məni
Hikmətlə qardaş elədi.
O məni başa çəkdikcə
Onu məndən baş elədi.


Baxış sayı - 1 283 | Yüklənmə tarixi: 25.09.2017 18:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930