Manera.az filosofların ibrətamiz fikirlərini təqdim edir:Sokrat ölümə məhkum ediləndə həyat yoldaşı ağlayır və deyir ki, axı səni haqqsız yerə oldürürlər. Sokrat cavab verir ki, haqqlı yerə öldürüləsi deyiləm ki?
***
Tələbələrindən biri Konfutsiyə “ölüm nədir” sualı verəndə Konfutsinin cavabı belə olur: “Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim?”
***
Platon bir qrup arasında Sokrata deyir:
“Keçən dəfə insanların arasında bir dostunu necə tənbeh etdiyini gördüm. Bunu ikiniz tək qalanda edə bilməzdinimi?”
Sokrat cavab verir:
“Bəs sən bunu mənə ikimiz tək olanda deyə bilməzdin?”
***
Aristotelə sual verirlər ki, yalan danışanda nə itiririk? Cavab verir ki, doğru deyəndə belə qarşımızdakını inandırma bacarığını itiririk.
***
Bir gün tələbələrindən birini qumar oynadığı üçün danlayan Platona tələbəsi reaksiya verir ki, mən çox az miqdarda pul ilə oynayıram. Platonun cavabı gecikmir: “Mən səni itirdiyin pula yox, zamana görə danlayıram.”
Hazırladı:
Tural İsmayılov
MANERA.AZ
Baxış sayı - 2 257 |
Yüklənmə tarixi:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.