Jurnalist tələbələr üçün bir şans - Yeni layihə

2017-18-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək.
Manera.az xəbər verir ki, ADU-da təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzetlərdə, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar.
Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.
Qeyd edək ki, layihəyə sentyabr ayından start verilməsi planlaşdırılır.