manera.az
manera.az

“Koroğlu” dastanının motivləri əsasında yeni tamaşa hazırlanır

📅 12.07.2017 12:30


 “Koroğlu” dastanının motivləri əsasında yeni tamaşa hazırlanır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman maraqlı və bir-birindən fərqli layihələrə imza ataraq tamaşaçıların görüşünə gəlir. Bu dəfə teatr türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq.

MANERA.AZ
bildirir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov arasında razılıq əldə olunub.

Bu ilin noyabrında Yunus Əmrə İnstitutu və teatrın təşkilatçılığı ilə “Eşqi Nigar” adlı səhnə əsərində təkcə tamaşa deyil, “Koroğlu” dastanını əhatə edən digər sənət nümunələri də təqdim olunacaq. Eposu əhatə edən foto, rəssamlıq və kitabların sərgisi qəhrəmanlıq dastanının gənc nəsil tərəfindən tanınmasına şərait yaradacaq. Layihənin reallaşmasında əsas məqsəd Azərbaycan-Türkiyə ortaq mədəni dəyərlərini öyrənmək, türk dünyasının tanınmış qəhrəmanı Koroğlunun haqq-ədalət, kimsəsizlərə əl tutmaq kimi nəcib hisslərini gənc nəsillərə bir daha təqdim etməkdir.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları teatrın aktyorları ifa edəcək. Tamaşanın Bakı premyerası noyabrın ortalarında, Türkiyə Cümhuriyyətinin Bolu şəhərindəki nümayişi isə dekabrda nəzərdə tutulur.


Baxış sayı - 1 421 | Yüklənmə tarixi: 12.07.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031