manera.az
manera.az

Bakıya “Qara adam” gəlir - HUMAN Teatrında

📅 08.07.2017 23:46

Bakıya “Qara adam” gəlir - HUMAN Teatrında

Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış müstəqil “Human” Teatrı növbəti tamaşasını təqdim edir.


Teatrdan verilən məlumata görə “Anqleter 1925” psixoplastik vəhy, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poemasının motivləri əsasında hazırlanıb.Azərbaycanda ilk dəfə səhnələşdirilən əsərin müəllifi Şamil İbrahimov, plastik həll üzrə rejissor Pərviz Məmmədrzayevdir.

Tamaşanın ilk nümayişi 14 iyul 2017 ci il saat 19:00 tarixində Azərbaycan Dövlət Kukla teatrının səhnəsində olacaq.

Qeyd edək ki, müstəqil “Human” teatrının bədii rəhbəri respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev , direktoru Şamil İbrahimovdur.
Təşkilati dəstək: “Axtarış Sənət Evi”, Azərbaycan Dövlət Kukla teatrı.


Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 780 | Yüklənmə tarixi: 08.07.2017 23:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031