manera.az
manera.az

Namiq Dəlidağlının yeni kitabı çap olunub

📅 08.05.2017 01:23

Namiq Dəlidağlının yeni kitabı çap olunub


Çağdaş Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti olan bir nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Manevr.az və Sumqayitfakt.az saytlarının rəhbəri: Namiq Dəlidağlının " Otel otağından reportaj" adlı yeni kitabı işıq üzü görüb.

Kitaba, əsasən, şairin son illərdə qələmə aldığı şeirləri daxil edilib. Vətən və insan sevgisi kimi klassik mövzulara yeni nəfəs verib, yeni çalar qatan şair qarşısına ənənəvi - milli çərçivədən çıxmaq kimi bir məqsəd qoymayıb. Göstərilən çabalar bu mövzuları yeni üslubda, fərqli biçimdə oxucuya təqdim etməkdir.
Müəllif son illərdə şahidi olduğu, eşitdiyi məlumatları çox ustalıqla qələmə alıb. Əsil vətəndaş mövqeyi sərgiləyən bir insan olaraq, gah gənc ömürləri yarıda kəsilən ağaclara "ağı" deyir, gah arzuları gözlərində "boğulan" dənizçilərin xatirəsinə rekviyem səsləndirir, gah da doğma yurd: Kəlbəcər niskili ilə son karvana "qoşulan" anasına yalandan təskinlik verməkdən yayınaraq, "ta demirəm sağlıq olsun, ay ana" söyləyir. Kitab bir insan-şair qəlbində sıralanmış arzu, istək və niskilin poetik dillə ifadəsidir.
Ümid edirik ki, istedadlı şairin bu kitabı da oxucuların marağına səbəb olacaq və yeni şeirləri böyük həvəslə oxunacaq.


Nailə Mirzəyeva,
Filologiya üzrə fəlsəfə doktoru


Baxış sayı - 1 296 | Yüklənmə tarixi: 08.05.2017 01:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031