manera.az
manera.az

“Kapital Bank” uşaqları sevindirir -Layihə

📅 16.05.2017 22:38



“Kapital Bank” uşaqları sevindirir -Layihə

“Kapital Bank”ın 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihəsi davam edir.

Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunur.

Layihə çərçivəsində mayın 20-də Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” tamaşası, mayın 21-də isə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə “Kapital Bank” adından hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində ötən həftənin istirahət günləri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası və Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir.

Ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.


Baxış sayı - 1 465 | Yüklənmə tarixi: 16.05.2017 22:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031