manera.az
manera.az

Mikayıl Müşfiqin büstü niyə korlanıb? - "Azəravtoyol" ASC-dən AÇIQLAMA

 Mikayıl Müşfiqin büstü niyə korlanıb? - "Azəravtoyol" ASC-dən AÇIQLAMA
Anar Nəcəfli : Görkəmli şairimiz Mikayıl Müşfiqin büstünün korlanmasından söhbət belə gedə bilməz


Görkəmli şairimiz Mikayıl Müşfiqin büstünün korlanmasından söhbət belə gedə bilməz. Heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayevanın yaratdığı əsər necə var, sağlam şəkildə xüsusi parçaya bükülərək saxlanılır. Hətta büstün qoyulduğu aşağı hissənin qranit-mərməri də sökülərək saxlanılır. Fotoları paylaşılan məhz həmin hissənin üzlüksüz görüntüsüdür. Həmin hissə isə adı mişar daşları ilə hörülüb. Yəni bu hissə heykəltaraşın əziyyət çəkərək yaratdığı əsər deyil. Məhz büstün qoyulması üçün hörülmüş, sonradan üzlənmiş bir hissədir.. Həmin hissə də eyni şəkildə yenidənqurma işlərindən sonra bərpa olunaraq üzlənəcək və Mikayıl Müşfiqin büstü onun üzərinə yerləşdiriləcək. Daha geniş, yaşıllığı bol olan bir məkanda...

"Azəravtoyol" ASC vandal deyil ki, hansısa heykəli, büstü uçura, dağıda və ya korlaya!!!

***
Bir daha təkrarlayıram ki, aparılan yenidənqurma işləri zamanı görkəmli şairimiz Mikayıl Müşfiqin büstünə zərər dəyməsin deyə uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır.

Məlumat üçün bildirim ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazidə böyük və gözəl yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq.

AzPRESS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31