manera.az
manera.az

“Dəcəl çəpişlər” təqdim olunub - Masallı rayonunda |MANERA.AZ

📅 23.05.2016 11:27

“Dəcəl çəpişlər”  təqdim olunub - Masallı rayonunda |MANERA.AZ

Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda çıxış edib.

O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Masallı rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. “Dəcəl çəpişlər” tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 20.04.2016-cı il tarixli əmr imzalayıb. Əmrə əsasən il boyu ölkənin müxtəlif bölgələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Teatrımızın cari repertuarındakı O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasının Masallı rayon Mədəniyyət Evində nümayişi də “Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsidir”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 455 | Yüklənmə tarixi: 23.05.2016 11:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031