Manera.az məşhur sloveniyalı fkir adamı, yazar Slavoy Jijekin "Guardian" qəzetinə verdiyi müsahibədən bəzi fikirləri təqdim edir."Sloveniyadakı solçulara nifrət edirəm. Onlar mənə, mən də onlara qarşılıqlı nifrət edirik. Xüsusən atası varlı olan radikal solçulara daha çox nifrət edirəm".
***
"Evimin divarlarında bir tək "Call Of Duty" oyunun posteri, bir də Stalinin portreti var".
***
"Dəli kimi yaşayıram. Paltarlarımı qoyacaq yer olmadığına görə, onları mətbəxdə saxlayıram".
***
"Əslində gördüyümüz heç bir şey göründüyü kimi deyil. Hər şey bətnində bir mübahisə daşıyır. Radikal yaxud əxlaqlı olduğunu düşündüyümüz bir çox şey heç bir şeyi dəyişdirə bilmir".
***
"Məni özümlə buraxsalar heç kimlə danışmaram. Diqqətli görünməyim insanları sevməməyimi pərdələyən bir kamuflyajdır. Kimsə məni söhbətə çəkəndə cəhənnəmi yaşayıram. İnsanlıq? Yaxşıdır- yaxşı sözlər, yaxşı cümlələr... Amma insanların 99 faizi çox sıxıcıdır".
***
"Bir dəfə bir tələbə yanıma gəldi ki, dünən danışdıqlarınız çox maraqlı idi. Ev tapşırığı üçün mənə bir az da bilgi verə bilərsizmi? Yox artıq, mən nəyəm axı? Amerikan cəmiyyətindəki bu açıqlıqdan zəhləm gedir".
Tərcümə etdi:
Tural İsmayılov
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.