manera.az
manera.az

Bir qadın üzündə yaşayıram – Adonisin şeirləri/ MANERA.AZ

Bir qadın üzündə yaşayıram – Adonisin şeirləri/ MANERA.AZ


Sim-Sim.az Səlim Babullaoğlunun tərcüməsində Adonisin şeirlərini dərc edib.

1.

Burda mən öz gözlərimlə gələcək adlı
gölün necə buxarlandığını görürəm.
İlğım təbaşiri ilə yazılmış tarixin-
nəmişlik gecənin, alatoranın
insanları əfsunladığını sezirəm.
Vətənim, ay Vətənim, məni anla:
Səni qorumaq üçün yalnız
qanadlarım var.

2.

Bir qadın üzündə yaşayıram
məni öldürür,
xəyal edir ki,
qanımda sönmüş mayaka
çevrilsin, dəliliyin sahilinə
üzüb çatsın…

3.

Nağılçı söyləyirdi ki, əcdadların
qədimi paltarlarını geyibən var olmaq
elə yoxluğun özüdür.
O bağçanın gözəlliyini deyil,
yalnız solğun çiçəyini görür.
Bəlkə məsələ sadəcə sözlərdədir?
Torpağın qəzəbi, qönçələrin yay arzuları,
səhranın pıçıltısı-
o bunlar haqqında bizə heç nə demədi.
Necə olsun, bəs? Susmaq olmaz.
Bax, günəş də qürurla yenə elə hey
başa salır ki,işığın müdrik siması
yerdəki hər bir qanlı gecədən
daha uzun və ağdır.

4.

Özümə və göylərə söz verdim ki,
suyun üzündə yazacam,
Siziflə bərabər adımlayacam
daş kimi susqun, çünki
andım Siziflə olmaqdır.

5.

Çaşqınlıq, mən səni
öz həqiqi adınla çağırıram.
Biz bir-birimizə heç vaxt
yad olmamışıq,
amma mən bundan sonra səninlə bərabər
addımlamaqdan imtina edirəm…

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30