manera.az
manera.az

GTT-da “Məlikməmmədin nağılı” hazırlanır/Manera.az

📅 12.04.2017 12:25

GTT-da “Məlikməmmədin nağılı” hazırlanır/Manera.az


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında uzun illər böyük tamaşaçı marağı ilə qarşılanan Azərbaycan Xalq nağılı “Məlikməmmədin nağılı” yeni fərqli yozumla və tərtibatla yenidən səhnəmizə qayıdır.

Bu gündən tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.

GTT-da “Məlikməmmədin nağılı” hazırlanır/Manera.az


Yeni səhnə əsərində əsas obrazları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Ramiq Nəsirov, Elşən Şıxəliyev və Yusif Dadaşov canlandıracaqlar.

Tamaşanın premyerasının may ayının ortalarında təqdim olunması planlaşdırılır.


GTT-da “Məlikməmmədin nağılı” hazırlanır/Manera.az


Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 817 | Yüklənmə tarixi: 12.04.2017 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031