manera.az
manera.az

Türk şairi Yəhya Kamal müzakirə olunub |Manera.az

Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az
Bakı Yunus Əmrə İnstitutu - mədəniyyət mərkəzində hər ay təşkil olunan “Oxuma günləri”ində bu dəfə Türk ədəbiyyatının dünyaca məşhur şairi Yəhya Kamal Bəyatlı müzakirə olunub.

Manera.az xəbər verir ki, müzakirə Bakı Dövlət Universitetinin müəllimləri, ədəbiyyat adamları, jurnalistlər və tələbələrin iştirakı ilə baş tutub.

Öncə Yunus Əmrə İnstitutun direktoru İbrahim Yıldırım çıxış edərək qonaqları salamlamış, həyata keçirilən “Oxuma günləri” layihəsinin ilboyu davamlı edəcəyini və daha geniş tərkibdə keçiriləcəyini diqqətə çatdırmışdır.

Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin müəllimi, dosent Aydan Xəndam Yəhya Kamal yaradıcılığıyla tanışlığından söhbət açmış, onun şeirlərini səsləndirmişdir.

Azərbaycan Yaradıcılıq fondunun aparat rəhbəri, şair Qismət Rüstəmov tədbir iştirakçılarınaY. Kamal haqda ətraflı məlumat verərək onu Türk ədəbiyyatının önəmli imzalarından biri olaraq türk şeirində yenilik etməyi bacaran şair adlandırmış, şairin ölümündən sonra çıxan kitabından şeirlər oxumuşdur.

Marmara Universitetinin (Türkiyə) müəllimi Mehdi Gəncəli Yəhya Kamalın İstanbul sevgisindən bəhs etmiş, onun "İstanbul" şeirini səsləndirmişdir.

Tədbirdə tələbələrin ifasında Yəhya Kamalın şeirləri səsləndirilmiş, onun haqqında sələflərinin fikirləri oxunmuşdur.

Sonda tələbələrin sualları cavablandırılmışdır.

Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az
Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az
Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az
Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az
Türk şairi Yəhya Kamal müzakirə olunub  |Manera.az



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31