manera.az
manera.az

“Gözəl və Bədheybət” filmi indi də Malaziyada qadağan olunub/ MANERA.AZ

📅 14.03.2017 17:23

“Gözəl və Bədheybət” filmi indi də Malaziyada qadağan olunub/ MANERA.AZ


13 yaş və ondan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş “Gözəl və Bədheybət” filmində homoseksual obraz olduğu üçün bundan öncə də müxtəlif ölkələrdə qadağalarla qarşılaşmışdı.

"Walt Disney" kinokompaniyasının çəkdiyi “Gözəl və Bədheybət” filminin premyerası Malaziyada qadağan olunub. Bu haqda "Associated Press" xəbər yayıb. Xəbərdə deyilir ki, filmin yayımına yerli senzorlar icazə versə də, yenə də filmin göstərilməsinə qadağa qoyulub.

Film martın 16-da Malaziyada göstərilməyə başlamalıydı, ancaq premyera qeyri-müəyyən zamana qədər ertələnib. Qadağanın səbəbi haqda isə heç bir şey deyilmir. Halbuki, filmin göstərilməsinə ordakı "homoseksual səhnə" çıxarılmasından sonra icazə verilibmiş.

Bundan əvvəl ABŞ-ın Alabama ştatında bir teatrın rəhbəri filmdəki homoseksual obrazın uşaqların tərbiyəsi üçün zərərli olacağını bildirirərək filmi göstərməkdən imtina etmişdi.

Həmçinin Rusiyada filmlə bağlı narahatlığını bildirən dövlət dumasının rəhbəri Vitaliy Milonov filmin göstərilməzdən öncə təkrar eksertiza edilməsi gərəkdiyini bildirmişi.

13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan filmdə Lefu obrazı öz həmcinsi Gastona aşiq olur və onu öpmək istəyir. Rejissor Bill Condonun yaratdığı Lefu obrazı indiyədək "Walt Disney" kinokompaniyasının çəkdiyi filmlərdə yaradılmış ilk açıq homoseksual obrazdır./ oxuzali.az


Baxış sayı - 2 841 | Yüklənmə tarixi: 14.03.2017 17:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031