manera.az
manera.az

Yeni planetlərin kəşfi nəyi dəyişəcək?- SORĞU/ MANERA.AZ

Yeni planetlərin kəşfi nəyi dəyişəcək?- SORĞU/ MANERA.AZ


NASA 7 planetin kəşf edildiyini açıqlayıb. Həmin planetlərin 40 işıq ili uzaqlığında olduğu və Günəş sisteminin xaricindəki ulduzların ətrafında dövr etdiyi bildirilib. Vurğulanıb ki, bu kəşf digər planetlərdə canlı varlıqların yaşayıb-yaşamaması ilə bağlı aparılan tədqiqatlar üçün ciddi əsas yaradacaq. Manera.az bu məsələ ilə bağlı kiçik sorğu keçirib.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyir: "Kainatda Yerdən başqa bir planetdə hətta mikrob şəklində də olsa, həyatın tapılması bəşər şüurunda böyük inqilab olacaq. Çünki bu, sübut edəcək ki, həyat – bizim planet üçün unikal hadisə deyil, uyğun şəraitin olduğu hər yerdə yarana bilər. Belə bir tapıntı kreasionizmin sonu olacaq. Yeni ekzoplanetlərin aşkarlanması özlüyündə böyük hadisə deyil, əsl böyük hadisə o zaman baş verəcək ki, yeni planetlərdə ən primitiv formada da olsa, həyatın izi tapılsın. NASA-nın aşkarladığı planetar sistem məhz o baxımdan maraqlıdır ki, orada həyatın yarana biməsi üçün şərait var, yəni planetlər “qızıl qurşaq”da yerləşirlər. Hazırda həddindən artıq maraqlıdır: bəs orada mikroblar, yaxud ibtidai bitkilər şəklində də olsa, həyat varmı? Çox təəssüf ki, bizim indiki vasitələr bunu öyrənməyə imkan vermir. Amma o sualın cavabını bilmək üçün mən çox şeydən keçərdim. Çünki bu cavab olduqca böyük sualların nöqtəsini qoyardı".

Elmi yazılar yazan və sosial şəbəkələrdə elmi təbliğ edən Taryel Abdullayev suala bir qədər fərqli cavab verdi: "Bu sualınıza ehtimallara dayanaraq cavab vermək istərdim. Yaşadığımız Samanyolu qalaktikasında təxmini olaraq 250 milyard, müşahidə edilən kainatda isə 70 trilyon milyard ulduz vardır. Əgər hər ulduzun ətrafında dönən planetlərdən yalnızca 1 dənəsi belə həyat şərtlərinə uyğundursa, yalnızca Samanyolu qalaktikası daxilində ən az 100.000.000 planetdə canlı aləm üçün şərait olmalıdır. Hətta bu 10 planetdən 5 dənəsi, bir zamanlar üzərində həyatın olduğunu düşündüyümüz Marsdan yüksək ehtimal əks etdirir. Həyatın bu ulduzların ətrafındakı planetlərin çox kiçik bir hissəsində ortaya çıxdığını fərz etsək, yalnızca Samanyolu qalaktikası daxilində hələ varlığını qoruyan bir çox sivilizasiyaların olması yüksək ehtimaldır".

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31