manera.az
manera.az

"Akif Səmədi içimdə yaşadıram" - Söhbət

"Akif Səmədi içimdə yaşadıram" - Söhbət


Manera.az şair Ulucay Akiflə müsahibəni təqdim edir.

- İlk şeirlər kitabına olan maraqdan razı qaldın?

- Çox razı qaldım. Kitab satışa çıxmamış, sadəcə imza günündə 200-ə yaxın kitab satıldı. Yüksək səslə vurğulayıram ha: satıldı, hədiyyə edilmədi. Satışa isə təzə çıxarılıb və maraq böyükdür. Fərqli rayonlarımızdan, həmçinin Türkiyədən, Rusyadan, Gürcüstandan, İrandan kitabımı sifariş edirlər.
Əlbəttə, istərdim ki, ümumi ədəbiyyatımızda vəziyyət daha ürəkaçan olsun. Neçə milyonluq əhalisi olan bir ölkədə kitablarının 100, maksimum 1000 tirajla çap olunması, hələ bu kiçik tirajın da tam satılmaması acınacaqlı vəziyyətdir.

- Kitab ideyası necə yarandı?

- Bir dəfə tədbirlərdən birində 15 yaşlı bir uşaq özünü təqdim edəndə 2 kitabın müəllifi olduğunu dedi. Gözlərim bərələ qaldı. Məndən də hardasa kitabımın oluğunu soruşanda utanaraq kitabımın olmadığını deyirdim. Buna görə də kitabın ideyası mən mətbuatda çap olunmağa başlayanda yaranmışdı artıq, amma hər şeydən çox, tələbəlik illərimdən bir kitab qalsın istəyirdim.


- Şeir üçün mənəvi izdirab önəmlidir?

- Şeir üçün mənəvi izdirab da önəmlidir, xoşbəxtlik də. Məsələn, mənim optimist şeirlərimin əksəriyyəti kefim pis olanda, kədərli şeirlərimsə kefim yaxşı olanda yazılıb. Birincinin səbəbi daxilimdəki ümid, ikincinin səbəbi isə həddindən artıq düşünməyim olur.

- Səncə yaxşı şeir yazmaq üçün nələr lazımdır?

- Yaxşı şeir yazmaq üçün həm şeytan olmalısan, həm mələk, həm od olmalısan, həm su, həm ağ olmalısan, həm də ki, qara. Sadəcə biri olsan yaza bilməyəcəksən. Çünki yazmaq üçün gərək birinci özünlə müharibəyə girəsən. Yazmaq tələbatı da daxilindəki bu müharibədən yaranır.

- Nəsr yazırsan?

- Bəli, yazıram. 10-a yaxın hekayə, elə bir o qədər də essenin müəllifiyəm. Bəziləri mətbuatda da dərc olunub.

- Publisistika ilə münasibətlərin necədir?

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıram, yəni publisistikaya yaxşı bələdəm, amma indiyə kimi bu janrda özümü yoxlamamışam.

- Mərhum atan Akif Səmədi necə xatırlayırsan?

- Akif Səmədi içimdə yaşadıram deyə bəzən Akif Səmədi heç aylarla xatırlamıram. Bəlkə də elə buna görə Akif Səməd haqqında demək olar heç danışmıram, yazmıram. Həm də Akif Səməd haqqında danışmağa, yazmağa özümü hazır hiss etmirəm.

- Qadında önəm verdiyin xüsusiyyətlər nələrdir?

- Mən qadınları çox tənqid edirəm, bununsa səbəbi qadınların öz dəyərlərini bilmədiklərini görməyimdir. Nə bilim. Qadınların hər xüsusiyyəti gözəldir, sadəcə heç özləri bunun fərqində deyillər.

- Ədəbiyyatda iddiaların nələrdir?

- Mən sevmək və sevilmək istəyirəm. Dünyada da, ədəbiyyatda da. İddialarımsa çox böyükdür. Sadəcə öz ölkəmdə yox, bütün dünyada oxunmaq istəyirəm və buna görə də əlimdən gələni edəcəm.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031