Manera.az Tural İsmayılovun şeirlərini təqdim edir.Sevgimin fəth olunduğu ilk yer kimi
Hər gün günah edən bəndənin
Cənnət axtaran ruhu kimi
İbadət diləndim sevgindən.
Cəhənnəmin qapıları gözlərin kimi
Məni sürgün edən haramların
Tövbə yalvarışları kimi
Əfv dilədim incitdiyim köksündən.
Sonu blinməyən bir xəstəlik kimi
Sanki ölüm indi olacaq
Yaşamamaq qorxusu kimi
Ölmək istəmədim sənsizlikdən.
Ruhum çarmıxa çəkilən kimi
Axtarışlar edirdi baxışlarından
Ac qalmış bir köpək kimi
Sevindim “səni sevirəm”in toxluğundan.
Dənizdə boğulan kimi
Sözlərinin dərinliyində batdım
Xilas ola bilməyən üzgüçü kimi
Çabaladım sənli günlərin dərinliyindən.
Boğazı kəsən terrorçu kimi
Kəsib atdın sənli günləri
Heç bağışlamayan qəddar diktator kimi
Bir dəfəlik məhrum etdin öpüşlərindən.
***
Mənə demişdilər ki,
Cənnət anaların ayaqları altındadır
Amma demədilər ki,
Atasız cənnət də yoxdur, cəhənnəm də.
Mənə demişdilər ki,
Unutmaq yoxluğun ən böyük çarəsidir
Amma bilmədim ki,
Unutmaq yaşamdırsa, unudulmaq qan qusmaqdır.
Mənə demişdilər ki,
Adam bir dəfə həyatla vidalaşır
Amma nə biləydim ki?
İtirdiyin insanlar da elə yaşamla vidalaşmaq imiş.
Mənə demişdilər ki,
Yalan həqiqətin qardaşıdır.
Amma anlamadım ki,
Həqiqətlər can verəndə yalandan səltənət olur.
***
Ümidli olmaq
Bədbinlikdən daha betərdir
Həm də qovuşmaq təskinliyidir.
Beyində böyüyən şişdən daha ölümcüldür
Qəlbdə böyüyən qadın xərçəngi.
MANERA.AZ
Baxış sayı - 2 184 |
Yüklənmə tarixi: 23.02.2017 21:12