manera.az
manera.az

Vüsal Hacıyev- Yazıya belə başlamalıydım... - MANERA.AZ

Vüsal Hacıyev- Yazıya belə başlamalıydım... - MANERA.AZ
Vüsal Hacıyev


Yazıya belə başlamalıydım...
Hər gün avtobusda gediş haqqını verəndə “bir nəfər” - çıxmasını deyirəm. Nədənsə bu “bir nəfər” sözü qarşısıalınmaz dərəcədə məni darıxdırır, üstəlik tənha olduğumu nagahan avtobus sürücüsünə izah etmək məcburiyyətində qoyurdu.


Yazıya belə başlamalıydım...
Vətənpərvər mahnılarda istifadə olunan “şanımız”, “şöhrətimiz” sözləri qədərdi, şəhərimizdəki şüşəli vitrinli mağazaların sayı. Hər dəfə bu qaranlıq vitrinlərdə özümüzə baxa-baxa keçirik, elə bil içimizdəki eqo ilə salamlaşır, şəhərə daha çox yaraşdığımızı nümayiş etdiririk. Əslində dükan sahibləri bunu qəsdən edirlər ki, mağazaların güzgülü vitrinlərinə baxan insanlar həm də potensial müştəri ola bilsinlər.

Yazıya belə başlamalıydım....
İnsanlar bir-birinə məcburiyyətdən bənzəyirlər. Hamının sifətində mədəsi fast footlu, görkəmi facebooklu, bayramlarda Qarabağın qayıtması arzusunu əzbərləyən, dini mövzularda müzakirələr etməyi sevən, müəyyən vaxtları şeir yazmış və təxmini 300 manat maaş alan, perspektivə inanan , şəkillərdə gülməyi, “kişi ağlamaz” fikri kimi irsən öyrənən ifadəsi var.

Yazıya belə başlamalıydım...
Dayanacaqlarda başını telofonun ekranından marşrutun nömrəsinə baxmaq üçün qaldıran adamlara, Messinin çipsi reklamı, avtobuslardakı bank reklamları ən yaxşı halda üzərində “oddan təhlükəlidi” yazılmış yanacaq maşınları qədər maraqlıdı. Əgər belə olmasaydı “Oddan təhlükəlidi ” ifadəsindəki çıxışlıq hal şəkilçisinin illərlə bu birləşmənin tərkibində nə işi olduğunu soruşardılar. İfadənin “odla təhlükəlidi” olması üçün aksiya filan da keçirilərdi bəlkə.
Yazıya belə başlamalıydım... İnsanlar dükanlardan günəbaxan tumundan daha çox içindəki ümidi alamaq istəyirlər. İnsan ümidləri üzərinə qurulan bu reklam kampaniyaları artırsa deməli kədərli, ümid axtaran, qızıl balığın dəryadan çıxa bildiyi kimi, xoşbəxtliyin də bu məhsullarda olacaqğına inanan insanlar var. Lotoreya biletləri hər keçən gün daha çox satılırsa, topaz reklamlarında 4 kişinin şəkili illərdi dəyişmirsə xoşbəxt insanların olduğuna necə inanmaq olar axı?
Oxucu, ey oxucu, siz gecikmiş təbrik mətnlərində “qarşıdan gələn” ifadəsini müqəddəs söz kimi dəyişməyəndə açıqcalarda bayaramların yalnız qarşıdan gələn xoşbəxtlik olduğunu düşünəndə , yeraltı keçidlərin qabağındakı tərəzilərdə xoşbəxt çəkinizi öyrənəndə, mən başını itirmiş müəllif də bu mətnin haradan başlayacağını fikirəşirdim...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930