manera.az
manera.az

Borxes - «Kitab kultu haqqında» - TƏRCÜMƏ

Borxes - «Kitab kultu haqqında» - TƏRCÜMƏ
Xorxe Luis Borxes

“Odisseya”nın səkkizinci nəğməsində oxuyuruq – Allahlar bədbəxtliyi ona görə yaradırlar ki, gələcək nəsillər üçün oxumağa nə isə qalsın.
Mallarme yazır: “Dünya kitaba düşmək üçün mövcuddur”. Sanki yüzilliklər sonra eyni deyimi, eyni fikri, əzabın estetik müdafiəsini təkrar edir. Hər iki fikir hardasa bir-birinə uyğun gəlir amma, tam yox. Çünki deyilmış birinci fikir şifahi, ikinci fikir isə yazılı söz epoxasının məhsuludur. Birində fikir deyimdən, digərisə kitabdan gəlir.
Bütün kitablar bizim üçün müqəddəsdir. Hətta Servantes də insanların nə dediyini eşitmirdi, sadəcə mütaliə edirdi. Küçədə tapdığı kağız qırıntısına qədər hər şeyi oxuyurdu. Bernard Şounun bir komediyasında alov İsgəndəriyyə kitabxanasına yaxınlaşır. Kimsə qəfildən, insanlığın yaddaşı yanır, deyə qışqırır. Sezar isə təmkinlə cavab verir: “Qoy yansın. Bu utancverici bir yaddaşdır”.
Əslində səbəb məlumdur. Qədim yazılı söz heç də şifahi sözdən fərqlənmirdi.
Məlumdur ki, Pifaqor yazmırdı. Qompres isə deyirdi ki, o, şifahi sözü daha müqəddəs sayır. Diqqəti daha çox çəkən isə Pifaqorun yazıdan könüllü imtinasıdır. Və o, “Yaradanı bizim bəşəriyyətin atasını kəşf etmək asan məsələ deyil. Əgər kəşf etdinsə bunu insanlara xəbər vermək mümkün deyil” deyirdi.
“Fedra”da Misir rəvayətində yazıya qarşı bir əks istiqamət var. Burada deyilir: “Kitablar rəsm kimidir. Onlar kənardan canlı kimi görünür lakin, verəcəyin suallar qarşısında acizdirlər”. Məhz bu çatışmamazlığı aradan qaldırmaq üçün Platon fəlsəfi dialoq düşünmüşdü. Müəllim özünə şagird seçə bilir amma, kitablar özünə oxucu seçə bilmir. Onlar dəyərli olduqları halda düşüncəsiz və avam insan əllərinə düşə bilərlər. Bu Platonvari nəticə idi.
İsgəndəriyyəli Kliment isə deyir: “Hər şeyi yazmamaq daha məqsədə uyğundur. İnsanları öyrətmək lazımdır”. Doğrudur, yazılan qalır. Və eyni traktatdan ikinci bir misal: “Müqəddəsliyi köpəklərə verməyin və mirvarini donuzların qarşısına atmayın ki, sonra onu ayaq altına atıb tapdamasınlar və sizi parçalamasınlar”.
Müəllimlərin müəllimi hər şeyi şifahi, qeybdən alan İsa bir dəfə bir neçə kəlməni yer üzündə yazdı və heç kim onları oxumadı. (İoann. 7, 6)
Kliment II əsrin sonunda yazıya olan inamsızlığı barədə yazırdı. IV əsrin sonunda isə dərketmə prosesi başladı. Hansı ki, bu proses nəticəsində yazılı söz şifahi sözü üstələyərək hökmranlığı öz əlinə keçirdi. Qələm, səsə qalib gəldi.
Müqəddəs Avqustin “Etiraf” kitabında yazır: “Amvrosiy kitabı oxuyan zaman gözləri ilə səhifələrdə gəzişirdi. Sanki sözlərin ruhuna daxil olurdu, onları beynində yaradırdı. Bir kəlmə demədən dodaqlarını belə tərpətmədən kitabı oxuyurdu. Biz hər dəfə onun susqun şəkildə kitab oxumasını görürdük. Bir müddət onu beləcə müşahidə edib, gedirdik. O sanki kiminsə onun oxuduğu mətndə qaranlıq məqamları sezib suallar yağdırmasından, yersiz müdaxiləsindən və mübahisəsindən ehtiyatlanırdı. O isə sakitcə kitab oxumağa davam edərdi”.
Müqəddəs Avqustin. Müqəddəs Amvrosiyanın və Mediolanskinin şagirdi idi. 13 ildən sonra o, Numidiyada özünün “Etiraf” kitabını yazır və hələ də otaqda susqun şəkildə kitab oxuyan müəllimi onu narahat edir, düşündürür. Deyilənə görə o dövrdə kitabı yüksək səslə oxumaq daha məqsədəuyğun sayılırdı. Yəni səsli oxuyarkən kitabın dediyi mahiyyət şüura daha yaxşı çatır və dərk edilir. Bu qəribə bir oxu tərzidir. Öz-özünə oxumaq, susaraq özünə çəkilmək – bu mistik bir situasiyadır. Demək zamanla bu öz məqsədinə doğru addımlamaqda kitabların yardımçı seçilməsi ideyasını yaradacaqdır. Kübar, aristokrat ədəbiyyata giriş olacaqdı. Və bu ədəbiyyat Floberin, Mallakmenin, Genriy Ceymsin, Cems Coysun taleyini müəyyənləşdirəcəkdi.
Allah anlayışı nəyinsə əmri, nəyinsə qadağası deyil. Bu hardasa tam, bitkin bir kitaba, müqəddəs yazıya işarədir. Müsəlmanlar üçün Qurani-Kərim müqəddəs kəlmələrdən ibarət bir kitabdır. Bu kitab təkcə kainat, insanın ruhu haqqında olan bilgilər toplusu deyil. Bu elə Allahın atributudur.
Məhəmməd Əl-Qəzzali deyirdi: “Quran kitablara köçürülür, dillə səslənir, ürəklərdə əbədiyyət qazanır. O daima Allahın himayəsindədir. Allahın kəlmələri səhifələrdə və insan şüurunda səyahət edir”.
Corc Sayl buna işarə edir ki, Quran onun platonik ideyası və arxitipidir. Yəqin ki, Əl-Qəzali “Ana kitabın” mahiyyətini tamlıqla açmaq üçün İslam arxetiplərindən, “Təmiz Qardaşlar” ensiklopediyasından və İbn Sinanın əsərlərindən yararlanmışdı.
Yəhudilər isə ekstravaqatcasına müsəlmanları ötürlər; “Bibliya”nın 1-ci fəslində gözəl bir deyim diqqət çəkir. “Və Allah dedi, qoy işıq olsun; işıq oldu”.
Kabbalistlər düşünürlər ki, yaradanın gücü söz və hərflərdədir. VI əsrə yaxın Suriyada və ya Fələstində yazılmış “Yaddaş kitabı”nda deyilir ki, İeqovanın, İsrailin yaradıcısının gücü bir neçə rəqəmin və əlifbanın 22 hərfindədir. Demək rəqəmlər və elementlər yaradılışın əsasını təşkil edir. Bu Pifaqorun və Yamvlixanın doqmasıdır. Həriflərin böyük anlama malik olması, yazı kultuna işarədir.
İkinci abzasda isə belə yazılıb: “22 hərf əsasdır. Yaradan onların rəsmini çəkib, daşa həkk edib, birləşdirib. Olmuş və olacaqları yaradıb. Sonra isə hərflərin yerini müəyyən edib. Hansı hərfin hava, od, su, müdriklik, yuxu, xeyirxahlıq, saflıq və nifrət ilə əlaqədar olduğunu müəyyənləşdirib”. Məsələn, “kaf” hərfindən həyat axır. Bu hərf dünya üzərində günəşin bərqərar olmasında vasitəçi olub.
Xristianlar isə bir az da dərinə varıblar. Dünyanı Allah yaradıb ifadəsinin yanına, o həm də iki kitab yaradıb cümləsini də əlavə ediblər. Birinci kitab dünyanın özüdür.
XVII əsrin əvvəllərində F.Bekon “Öyrənməyə giriş” kitabında deyir: “Yaradan bizi sirr içində azmaqdan xilas etmək üçün iki kitab nazil edib. Birinci – müqəddəs yazı. Hansı ki, biz yaradanın möhtəşəmliyini görürük. İkinci – yaradılışın özüdür ki, sanki birinci kitabın açarı kimi dünyanı dərk etməkdə bizə yardım edir”.
Bekon bəlkə də daha böyük açılışları nəzərdə tuturdu. Sanki təbiətin öz əlifbası var və hər şey müəyyən say daxilində yaradılıb və bu hərflər nəticəsində kainatın kitabı yazılıb.
Qalileo Qaliley tez-tez diqqətimizi kainatın kitabı ideyasına tərəf çəkir. Yazıda deyilir: “Fəlsəfə, böyük və möhtəşəm kitabda yazılıb. Bu kitab daima gözümüz önündə açıq vəziyyətdədir (kainat), amma onu dərk etmək çox çətindir. Dünyanı, bəşəri dərk etmək üçün onun dilini, hərfini, sözlərini bilmək lazımdır. Bu kitabın dili - riyaziyyatdır. Hərflər isə - müxtəlif həndəsi fiqurlardır”.
Tomas Braun 1642-ci ildə yazırdı: “Mən Yaradanın kəlmələrini iki kitabın vasitəsilə oxuyuram. Müqəddəs yazı, hansı ki, həmişə hamının gözü qarşısındadır. İkincilər birincilərin görmədiyini aşkar edib”. İkinci abzasda deyilir: “Gördüyümüz bütün var olanlar sünidir. Və ya təbiət - yaradanın incəsənət əsəridir”.
Məhz 200 ildən sonra Şotlandiyalı Karleyl öz əsərlərində və ən çox Kaliostra essesində Bekonun tapıntısını üstələyir. O deyir: “Dünya tarixi, müqəddəs yazıdır. Elə bir yazı ki, biz onun şifrələrini açaraq yaşayırıq. Eyni zamanda o da bizi yazır”. Buna əlavə olaraq Leon Bluma deyir: “Yer kürəsində əslində heç kim, kim olduğunu tamlıqla açıqlaya bilməz. Heç kim bilmir dünyaya nəyə görə gəlib. Onun hissləri, əməlləri, düşüncələri nəyə xidmət edir. Heç kim bilmir onun əsl adı nədir. Tarix - böyük ədəbi mətnidir. Misralar və fəsillər, nöqtələr və digər durğu işarələri qədər önəmli deyil”.
Mallarmeya əsaslansaq, dünya kitab xətrinə mövcuddur. Bluaya nəzərən isə, bi, magik kitabın sözü, hərfi, cümləsiyik. Və biz əbədi olaraq kitaba köçürülürük. Əsas isə odur ki, biz dünyada varıq, daha doğrusu biz elə dünyanın özüyük.
Borxes - «Kitab kultu haqqında» - TƏRCÜMƏ
Tərcümə: Günel EyvazlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031