manera.az
manera.az

“Karamazov qardaşları” təqdim olunacaq | MANERA.AZ

📅 23.10.2015 10:35

“Karamazov qardaşları” təqdim olunacaq | MANERA.AZmanera.azmanera.az
Oktyabrın 29-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi İranə Tağızadədir.

Tamaşada baş rolları Əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, aktyorlar Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, İlqar Həsənov ifa edəcəklər.

Tamaşanın baletmeysteri Əməkdar Artisti Aleksandr Nikuşina, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.

Qeyd edək ki, insanı xeyirxahlığa, dürüstlüyə, namuslu olmağa və həyatsevərliyə səsləyən “Karamazov qardaşları” görkəmli yazıçının ən böyük və ən məşhur əsərindəndir.


Baxış sayı - 2 134 | Yüklənmə tarixi: 23.10.2015 10:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930