manera.az
manera.az

"İlıq"- a isti baxış... Xanım Aydın - MANERA

"İlıq"- a isti baxış... Xanım Aydın - MANERA

Xanım Aydının Manera.az-a göndərdiyi yazını təqdim edirik:

Mübariz Örənin "İlıq" hekayəsi üstü bağlı qalan çox məsələlərin alt qatını açır. Açılan həmin alt qatlar teatr səhnəsində tamaşa bitdikdə bərbəzəkli, qırmızı, məxmər pərdələrin aşağı enməsindən sonra kulisdə baş verən hadisələrin tamaşaçı gözünə çılpaq, gerçək üzünün görünməsi kimidir. Əsər əslində çox şeyin göründüyü kimi olmadığının fərqinə vardırır. Gözdən asılan pərdələrin o biri üzündəki pəncərələrin çirkli şüşələrindən görünən həyatın əsl, iç üzünü gösrərir bu hekayə. Qeyri-adi quruluş verib müəllif bu hekayəyə. Sanki bütün olaylar texniki dillə desək, elektrik naqillərinin ardıcıl birləşməsi kimi qoşulub bir-birinə. Personajlar, onların dialoqları, təhkiyəçinin danışdıqları, hətta personajların adları da tam dəqiq seçilib. Elə bil bu hadisə doğurdan da hansısa kənddə baş verib. Hadisələr o qədər canlı qələmə alınıb ki, oxuduqca göz önündə həmin insanlar, hətta səs tonları, maneraları, geyimlərinə qədər dəqiq təxəyyülümüzdə əks olunur. Həmin el, oba, dağ, çayırlıq, pambıqlıq sanki gördüyümüz, bildiyimiz yerlərdir.

Hekayədə əsas obraz Ağəlidir. Onun boynuna düşən iş kəndin ən gözəl, cavan, nazlı-qəmzəli qızlarını almaq, beş-on gündən sonra boşamaqdı. Bu gözəllərin bu cür kifir, yöndəmsiz bir adama niyə ərə getdiklərini, sonrada bu kişinin onları niyə boşadıqlarını kənddə bilən də vardı, bilməyən də. Qınayan da vardı, qınamayan da. Qonum-qunşuda Ağəlinin paxıllığını da çəkənlər tapılırdı. Kar Sahibin mundar əməllərinin həyata keçməsində alət olur əslində Ağəli. Əbil Ağəli haqqında - “İlıqdı sənin Ağəlin, bildin? Nə istidi, nə soyuq! İlıq” deyəndə və bunun səbəbini izah edəndə hər şey tam aydın olur. Lakin bir çox məsələlər üstü örtülü qalır, oxucu məntiqinin, fəhminin, fantaziyasının üzərinə buraxılır. Məsələn, Ağəliyə "ərə gedən" qızların əslində Kar Sahibçün hansı məqsdələ gəldiyinin öncədən xəbərdar olub olmamaması naməlum qalır. Bəlkə də onların bəziləri bilərəkdən, elə qabaqcadan bu işə razı gəlirmişlər. Nənənin "ad olsun ki, kişinin qızı ərə getdi" misalı da burda tam yerinə düşüb. Obrazların xüsusiyyətləri, danışıq tərzləri tam aydın şəkildə öz təsvirini tapıb. Hətta it əsərdə qeyrtəli bir qəhrəman kimi görünür. O, bir kəndin etməli, lakin etmədiyini edir.

Hekayədə Mübariz Örənin kiçik bir mövzu ətrafında böyük mətləblərə toxunması danılmazdır. Müəllifin "Qar tanrısı", "Balıq" və s. hekayələri də onun zəngin yazı potensialının və yazıçı fantaziyasının olmasından xəbər verir. Daha da gözəl və dərin əsərlər oxumaq ümudiylə, yazıçıya uğurlar diləyirəm. Uğuru çağdaş Azərbaycan ədəbiyyatının uğurudur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30