manera.az
manera.az

Elnur Rehimov – «Mənə bir az su verin»

Elnur Rehimov – «Mənə bir az su verin»
Elnur Rehimov
(“Bana bir az su verin” - Sivas Kültür Deneğinin Su müsabiqə qalibi)


Mənə bir az su verin,
Damla-damla qoy axsın
Yorulduqca tər çıxsın – elə bilim, bulaqdı.
Bir körpə öpüşündə
Doğmalar görüşəndə - sanki körpə budaqdı

Mənə bir az su verin,
Gənc oğluna fəryadlanan ananın,
Aşiqinə həsrət qalan cananın
Göz yaşındakı su yox,
Ürəklərdə səssiz duran gölməçəni
Mahnıdakı su səpilmiş o küçəni demirəm
Nə o yox, nə bu yox.
Həqiqətən bildiyimiz şəffaf su verin,
bir az sərin.

Mənə bir az su verin,
Sevgilimle mənim aramızdan keçməyə yox,
Hansısa bir yalan üçün götürüb and içməyə yox,
Çirkinliyi yumaq üçün təmizləməyə yox,
Hər şeyi ağ göstərən şəffaf su verin,

Saf su verin.
Mənə bir az su verin,
Səhrada Hüseynin çatlayan dodağına,
Palatada xəstənin partlamış dodağına,
Pambığa batırıb sürtmək üçün
Dodaqdakı qabarları örtmək üçün.
Ya hər kəsin ovcuna bir quyu verin,
Ya da iman toxumuna "Zəm-zəm" suyu verin.

Mənə bir su verin,
Dənizləri qovuşdurub, ona qarışmayan,
Od icinə düşüb, oda alışmayan,
Hətta, günəşin özünə
bulud dolu su verin.
Mənə bir az su verin,
Qurumuş torpaqları isladım bir az,
Saralmış yarpaqları isladım bir az,
Toz qalxmiş tapdaqları isladım bir az.

Ey asiman!
Burdakılar su satırlar
Suya hər nə qatırlar – göylər mənə su verin,
Göydən təmiz su verin.

Mənə bir az su verin,
Yağmurlardan alım onu,
Bəlkə Allahımın, hər damladakı verdiyi
Eşq zərrəsidir.
Tutum onu,
Udum onu,
İçimə hopsun, yağsın, səs salsın.
Çünki Məhəmmədin sevdiyi o su səsidir,
İçimə hopsun, yağsın və qalsın,
İçimdəki əbədi məhəbbəti oyatsın

Mənə bir az su verin,
Gedim iftarı açım,
Bircə qurtum sudakı o böyük sirri açım.
Mənə bir az su verin.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031