manera.az
manera.az

Hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi /MANERA.AZ

Hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi  /MANERA.AZ
IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi.

Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qalibləri məlum olub.

Bu ilin iyununda start verilən müsabiqəyə 34 müəllif 44 hekayə təqdim etmişdi. Təqdim olunan əsərləri 6 nəfər ekspert 10 ballıq sistem üzrə qiymətləndirib.

Nəticələrə əsasən, Təranə Vahidin (şərti imza - “Şarl”) “Mən toz dənəsiyəm” hekayəsi 47 balla 1-ci yeri tutub. Cavid Zeynallı (şərti imza – “Mif”) münsiflərdən 46 bal alan “Düşərgəyə adam gəlib” hekayəsi ilə 2-ci olub. Rəşid Bərgüşadlının (şərti imza – “RB1971”) “Qara buludlar” hekayəsi 45 balla üçüncü yerdə qərarlaşıb.

Mükafatların qaliblərə təqdimatı ilə bağlı mərasim noyabr ayında Bakıda keçiriləcək. 1-ci mükafata layiq görülən hekayə növbəti mərhələdə iştirak üçün Türkiyəyə göndəriləcək.

Həmin mərhələnin mükafatlandırma mərasimi isə bu ilin dekabrında Almatıda olacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031