manera.az
manera.az

Xanım İsmayılqızı: Bir nəğmə deyimmi? |MANERA.AZ

📅 30.11.2016 16:41

Xanım İsmayılqızı:  Bir nəğmə deyimmi?  |MANERA.AZ

Xanım İsmayılqızı

Bir nəğmə deyərdim ürəkdolusu,
Bütün hisslərimin içində gəzib.
Şeir oxuyardım, özümdən qopan
Ruhun baş aldığı köçündə gəzib.

Əlimdən bir sığal bəxş eləyərdim
Üzlərin, tellərin tumarı üçün.
Öpüş göndərərdim hava üstündə,
Həyata baxışın xumarı üçün.

Bir qucaq açardım bir ömür içi,
Qollarımın üstü beşik olardı.
Bağrıma basardım bütün dünyanı,
Sinəmin üstü ev-eşik olardı.

Bu gələn nəfəsin içini çəkib
Hədiyyə edərdim nəfəssizlərə.
Ölməyən günləri bağışlayardım
Burda yaşamağa həvəssizlərə.

Bir nəğmə deyimmi ürəkdolusu
Bütün hisslərimim içində gəzib?..
Şeir oxuyummu, özümdən qopan
Ruhun baş aldığı köçündə gəzib?..


Təqdim etdi:
Turan Etibaroğlu


Baxış sayı - 2 500 | Yüklənmə tarixi: 30.11.2016 16:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930