manera.az
manera.az

Tanrı yoxdu?... - MANERA.AZ

Tanrı yoxdu?... - MANERA.AZ
MANERA,AZ
Əli Şirin Şükürlü

Yoxluğun fəlsəfəsi və ya bir sualın cavabı
(esse)


Varlıq və yoxluq arasında nazik bir pərdə var və istənilən an bu pərdə dartıla bilər; varlıq yoxluğa, yoxluq varlığa çevrilər. Nədən? – çünki hər varlıq tərsini saxlayar özündə daima. Burası məlum.

Bəs nəyəsə “yoxdu” deyən zaman nə baş verir. O nəsnənin ümumiyyətlə yoxluğundan – movcud olmamasından söhbət gedir? – bax burası isə çox maraqlıdı. Axı yox olmaq üçün ilk növbədə var olmaq gərəkdi. Bir şey yoxdusa o, necə yox ola bilər. Bütün “yoxdu”lar əvvəlcə “varolma”dan xəbər verir. Sadə bir misal; otağın qapısını açıb, bir adamı soruşarkən, məlum olur ki, həmən adam o otaqda yoxdu. Amma bu, onun ümumiyyətlə yox olması deyil. Həmən məkanda və zaman kəsiyində o otaqda olmamasıdır. (Məntiqə söykənsək, o adamı soruşarkən elə onun varlığı sübut olunur). Nəyəsə “yoxdu” deməklə də əslində o nəsnənin var olması təsdiq olunur öncə.

Sevgi yoxdu, həqiqət yoxdu, ədalət yoxdu və s. Deməli, o anlayışlar movcuddur və elə movcud olduğundan hər hansı konkret bir situasiyada və məkan-zaman müstəvisində onların yoxluğundan söhbət gedə bilər. Bir də nəsnənin varlığı və ya yoxluğu barədə fikir yürüdərkən onun barəsində informasiyanın mövcudluq dərəcəsi xüsusi rol oynayır. Nəsnə barədə informasiya qıtlığı və ya informasiyanın olmaması da onun barəsində “yoxdu” “hökmünün çıxarılmasına” səbəb olur bir çox hallarda.
Ölüm də elə - onun da fəlsəfəsi yoxluq barəsində söylədiklərimizə anoloji qurulur. Ölmək üçün əvvəlcə yaşamaq – mövcud olmaq gərəkdi. Yalnız yaşayanlar ölə bilər (və ya ölüm adlı dəyişməyə məruz qalar). Çünki yox olmaq (və ya dəyişmək) üçün əvvəlcə var olmaq lazımdı. Ölüm - ən böyük yoxolmadırsa, o da varolmanın bir forması – yoxolmanın varlığıdır...
Və bu məntiqə istinad etsək, bütün “yoxdu” lar yalnız varolanlara şamil oluna bilər və bütün “yoxolma”lar yeni varolmanın başlanğıcıdır - qənaətinə gəlirik.

Belə olan halda bir sualın cavabı çox maraqlıdı:

“Tanrı yoxdu?”

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031